Kateqoriyasız

Müdafiə Nazirliyi: “Qafanın vurulması xəbəri növbəti təxribatdır”

10 oktyabr / 11:26 1 dəq
96259704 3121 36e8 ab90 ce0654743ab0
10 oktyabr / 11:26
Burada sizin reklamınız ola bilər

Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir.

Növbəti dəfə bildirir ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. “Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”, – deyə əlavə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər