Bölgə xəbərləri

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb

12 sentyabr / 12:32 1 dəq
Imtahan.jpg1
12 sentyabr / 12:32
Burada sizin reklamınız ola bilər

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Paylaş
Burada sizin reklamınız ola bilər