Maraqlı

Mövsümü qidalar və ya əsl sağlamlıq torpaqdan gəlir!- Peşəkar idmançı Elnur Nemətovun yazısı

25 iyun / 22:51 3 dəq
Elnur nemətov 4
25 iyun / 22:51
Burada sizin reklamınız ola bilər

Son vaxtlar çəki atanda və ya diyetdə olanda mövsümü qidalardan çox, baha başa gələn, xaricdən gəlmə məhsullara üz tuturuq. Bunu sanki bir dəbə çevirərək adını da qoymuşuq: “sağlam qidalanma”…

Bəs bu həqiqətən sağlamlıqdırmı, yoxsa sadəcə şəkil çəkib paylaşmaq üçün əlimizə bir avokado, chia salatı alıb, dərhal şəkil çəkib altına da: “Diyetam, həyat tərzim, sağlamlıq budur!” yazaraq kiməsə fors etməkdir?
Axı bunu niyə edirik? Kimə oxşamağa çalışırıq?))
Gəlin bir az elmə və məntiqə müraciət edək.
Bizim bədənimiz, genetikamız, həzm sistemimiz bu torpağa, bu suya, bu iqlimə uyğun formalaşıb.
İndi biz gedib, məsələn, 10-12 saatlıq uçuşdan və ya həftələrlə yol gələn, içində nə qaldığı bilinməyən, bəzən süni şəkildə yetişdirilmiş, bəzən tərkibi dəyişdirilmiş məhsulu yeyib, adını “sağlamlıq” qoysaq, bu nə dərəcədə doğrudur?
Lap bir az da yaxın keçmişə qayıdaq və özümüzə sadə bir sual verək:
Bu nənə-babalarımızın adını belə eşitmədiyi məhsullar olmayanda, bu günə qədər biz bu torpaqda necə yaşamışıq, necə böyümüşük?
Onların sağlamlığı, gücü nədən gəlib?
Əlbəttə ki, yerli, mövsümə uyğun, təbii qidalardan.
Bildiyimiz kimi, hər mövsümün öz qidası var!
Təbiət təsadüfən belə qurulmayıb ki… Hansı fəsildə bədənə nə lazımdırsa, o da çıxır.
Misal üçün:
Yayda — xiyar, qarpız, pomidor, göyərti — bədəni sərinlədir, susuz qoymur, mineralları bərpa edir.
Payızda — balqabaq, göbələk, alma, nar — immuniteti gücləndirir, bədəni qışa hazırlayır.
Qışda — kök, turp, kələm — orqanizmi istiləndirir, vitamin ehtiyatı yaradır.
Yazda — göyərti, təzə meyvələr — qışdan çıxan zəif bədəni təmizləyir, gücləndirir.
Bunlar min illərdir belə davam edir.
Bədən bu ritmə, bu qaydaya öyrəşib. İndi biz təbiətin bu balansını pozub, uzaqdan gələn, iqlimimizə yad məhsulu yeyiriksə, bədənimiz necə reaksiya verəcək?
Təbii ki, orqanizm çaşır, həzm çətinləşir, effekt gözlədiyimiz kimi olmur.
Deməli, nəticə aydındır: Əsl sağlamlıq — öz torpağının, öz iqliminin məhsulundadır.
Əgər doğrudan da sağlam yaşamaq istəyiriksə, bahalı brendin, yad məhsulun dalınca qaçmağa ehtiyac yoxdur.
Yerli, mövsümə uyğun qidanı düzgün seçmək və bədənini dinləmək kifayət edir.
Qeyd etdiyim kimi, təbiət özü bizə lazımi qidanı vaxtında verir.
Tövsiyyəm:
Gəlin dəbdə olan məhsullara aldanıb, reklamlara deyil, bədən dilinə qulaq asaq. O, nə istədiyini özü bizə deyir, sadəcə eşitməyə çalışaraq və 4 mövsümlə bədəniniz arasında harmoniya yaradaq.
Hörmətlə:
1 kişi, sakal ve gülümsüyor görseli olabilir
Paylaş
Burada sizin reklamınız ola bilər