Dünya

Moskvaya PUA hücumu olub

4 iyul / 09:58 1 dəq
D0794274 aacc 36b2 a821 1ebe23483c66
4 iyul / 09:58
Burada sizin reklamınız ola bilər

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

O deyib ki, itki və dağıntı qeydə alınmayıb.

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və avia bazaya edilib.

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırıcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.

Paylaş
Burada sizin reklamınız ola bilər