Dünya

Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edilib

18 iyul / 10:45 1 dəq
64b6343a0835964b6343a0835a168966252264b6343a0835664b6343a08357
18 iyul / 10:45
Burada sizin reklamınız ola bilər

Ötən axşam 1 nəfər Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı Konstantin adlı şəxs saat 22:00 radələrində Mavzoleyə yaxınlaşaraq ona “Molotov kokteyli” atıb.

Yanğın törətmək istəyən şəxs saxlanılıb və barəsində “Daxili işlər orqanı əməkdaşının qanuni əmrinə tabe olmama” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda o, polis bölməsindədir, onun hərəkətinin motivləri araşdırılır.

Mavzolayin özünə ziyan dəymədiyi bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər