Dünya

Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarıb

20 aprel / 08:48 1 dəq
Images (85)
20 aprel / 08:48
Burada sizin reklamınız ola bilər

Moldova Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkəyə buraxılmaması ilə bağlı insidentdən sonra Rusiya səfirliyinin əməkdaşını “persona non-qrata” elan edərək ölkədən çıxarıb.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non-qrata” elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, – o deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər