Xəbər

MN: Ordumuzun bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır

10 iyun / 08:45 1 dəq
90e570be c5f3 355c 9c47 61199f2408bd 850 (7)
10 iyun / 08:45
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə “Qərb Xəbər”ə  Müdafiə Nazirliyindən bildiriblər.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər