“Düşmən artıq bütün qırmızı xətləri keçir. Müharibə aparmağın da özünün qayda-qanunu var”.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı danışıb.
“Dağlıq Qarabağdakı erməni separatçılarının “rəhbəri” Araik Arutunyan və digərlərinin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik. Bu təxribatları törətməklə uğursuzluqlarına don geyindirmək istəyirlər. Onların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır. Sizi əmin edirəm ki, bunların heç biri alınmayacaq”, – deyə baş prokuror əlavə edib.