Xəbər

MN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”

16 iyun / 10:38 1 dəq
677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b 850 (1)
16 iyun / 10:38
Burada sizin reklamınız ola bilər

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür”, – məlumatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər