Kateqoriyasız

MN: Gədəbəydəki Azərbaycan mövqeləri atəşə tutulub

26 may / 13:20 1 dəq
60ae1007d108560ae1007d10861622020103edf5a0233d9f8912d8762070be7b3685
26 may / 13:20
Burada sizin reklamınız ola bilər

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki Ermənistan mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin (MN) yaydığı məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan postları istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər