Sosial

MN: Erməni mənbələrinin vəziyyətin gərginliyi barədə xəbərləri həqiqəti əks etdirmir

24 mart / 23:25 1 dəq
1604484268427 xmnBl9rv
24 mart / 23:25
Burada sizin reklamınız ola bilər

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Qərb Xəbər məlumat verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Paylaş
Burada sizin reklamınız ola bilər