“Xatırladaq ki, ABŞ 2008-ci ildə Rusiyanın hücumundan bizi qorudu və Gürcüstanı xilas etdi. İndi isə bunların hakimiyyəti dövründə strateji tərəfdaşlıq dayandırılıb və biz Rusiyanın qarşısında müdafiəsiz qalırıq”.
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlıq sazişini dayandırmaq qərarına münasibət bildirib.
O, izah edir ki, ABŞ-la strateji tərəfdaşlıq haqqında müqavilə onun prezidentliyi dövründə, 2009-cu il yanvarın 9-da imzalanıb.
“Xatırladaq ki, ABŞ 2008-ci ildə Rusiyanın hücumundan bizi qorudu və Gürcüstanı xilas etdi. İndi isə bunların hakimiyyəti dövründə strateji tərəfdaşlıq dayandırılıb və biz Rusiyanın qarşısında müdafiəsiz qalırıq” , – o, qeyd edib.