Dünya

Mixail Qusman TASS-in direktor müavini vəzifəsindən azad edilib

24 iyul / 23:44 1 dəq
Qusman mixail
24 iyul / 23:44
Burada sizin reklamınız ola bilər

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalisti (2018).

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı