Qafqaz

Mirzoyan: Azərbaycanın bununla bağlı xəbərdarlığı var

Dünən / 11:07 2 dəq
Mirzoyan
Dünən / 11:07
Burada sizin reklamınız ola bilər

Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, amma mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib.

Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur. Amma başqa məsələlər var, bu barədə tərəflər açıq şəkildə danışırlar. Ermənistan Azərbaycanla Konstitusiyanın dəyişdirilməsini müzakirə edə bilməyəcəyini bəyan etdikdə, qarşı tərəf bunu qəbul edir, amma əlavə edir ki, Ermənistan Konstitusiyasındakı bəzi mövcud müddəalar qalarsa, sülh müqaviləsini imzalamağı planlaşdırmırlar”, – o deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsini sülhə təhlükə adlandırıb. Onun sözlərinə görə, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişə riski yaradır.

Paylaş
Burada sizin reklamınız ola bilər