Siyasət

Milli Məclisin plenar iclaslarının sayı artırılıb

3 iyun / 14:23 1 dəq
F3dce356 8e25 437f 88f3 66ae2f13a4c2
3 iyun / 14:23
Burada sizin reklamınız ola bilər

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıb.

Parlamentin növbədənkənar sessiyasında 3 deyil, 4 plenar iclasının keçirilməsi nəzərdə tutulur.

İyunun 13-də də plenar iclasın keçirilməsi planlaşdırılır. Beləliklə, plenar iclaslar iyunun 13-də, 14-də, 28-də və iyulun 12-də keçiriləcək.

Əlavə bir iclasın da keçiriləcəyi istisna deyil.

Xatırladaq ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatıb.

Qeyd edək ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər