Dünya

Medvedyev yenə açdı azğını-hədə..

15 sentyabr / 19:43 1 dəq
Medvedev
15 sentyabr / 19:43
Burada sizin reklamınız ola bilər

Əgər Rusiya aktivləri Ukraynaya kredit şəklində verilmək üçün müsadirə olunarsa, Moskva buna sərt cavab verəcək.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

Medvedyev Avropa liderlərini “Brüsseldən olan müxtəlif eybəcərlər” adlandırıb:

“Rusiya bu addımı əmlak oğurluğu kimi qiymətləndirəcək. Rusiya bu məsələni bütün mümkün beynəlxalq və milli məhkəmələrdə qaldıracaq. Bəzi hallarda isə məhkəmədənkənar üsullara əl atılacaq”.

Xatırladaq ki, “PolitiKo” nəşri daha əvvəl AB ölkələrinin Ukraynaya yardım məqsədilə Rusiya aktivlərini kredit təminatı kimi istifadə edə biləcəyini yazmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər