Medvedev “Üçüncü Dünya Müharibəsi”nin anonsunu verdi
Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev söyləyib.
ABŞ-ın İrana hücum edərək amerikalıları təhlükəyə atdığını ifadə edən Medvedev deyib: “İranın nüvə silahı hazırlama səylərini ikiqat artıracağına artıq heç bir şübhə yoxdur”.
3-cü Dünya Müharibəsinin başlaması üçün artıq kiçik də olsa hər hansı bir hadisənin tətikləyici amil ola biləcəyini dilə gətirən Medvedev söyləyib: “Tramp çılğın və cinayətkar siyasətini davam etdirərsə, (müharibə) şübhəsiz başlayacaq”.
Medvedev, Avropa İttifaqının İran məsələsində “ABŞ-ın vassalı” kimi hərəkət etdiyini bildirərək bunları qeyd edib: “Bu, ABŞ və müttəfiqlərinin qlobal hakimiyyətlərini qorumaq üçün apardıqları bir müharibədir. Donuzlar öz yem qablarını tərk etmək istəmirlər”
ABŞ-ın Rusiyadan qorxduğu qənaətində olan Medvedev, nüvə münaqişəsi təhlükəsinin dərk edildiyini və bunun da Rusiyanın təhlükəsizlik qarantı olduğunu vurğulayıb.




