Medvedev senator Qremə cavab verdi
Ukrayna münaqişəsi ilə bağlı “danışıq masası arxasına əyləşəcəyimiz” vaxtla bağlı qərar Lindsi Qremdən və ya ABŞ Prezidenti Donald Trampdan asılı deyil.
Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı senator L.Qremə belə cavab verib.
O, öz sosial şəbəkə hesabında yazıb: “Nə vaxt danışıq masası arxasına əyləşəcəyimizi diktə etmək sizin və ya Trampın işi deyil. Danışıqlar hərbi əməliyyatımızdakı bütün məqsədlər əldə olunanda başa çatacaq. Siz ilk növbədə Amerika üçün çalışın, babalar!”




