Kateqoriyasız

MEDİA-nın icraçı direktoru: “Copy-paste” jurnalistikasıyla mübarizə aparılacaq”

10 dekabr / 12:04 1 dəq
61b30358953ba61b30358953bb16391217529dd2bf4d1b6fcff23acd061164ef0565
10 dekabr / 12:04
Burada sizin reklamınız ola bilər

“Media sahəsində islahatların yol xəritəsinin müəyyənləşdirilməsi üçün qanun layihəsi hazırlanıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru, qanun layihəsini hazırlayan İşçi Qrupun rəhbəri Əhməd İsmayılov deyib.

Ə. İsmayılov bildirib ki, hazırda “KİV haqqında” qanunda mövcud olan və müasir çağırışlara cavab verməyən anlayışlar yenidən işlənib: “Yeni layihə xidmət müqaviləsi ilə fəaliyyət göstərən jurnalistləri də jurnalist hesab edir. “Media haqqında” qanun layihəsi “copy-paste” jurnalistikası ilə mübarizə aparmaq yolları da ehtiva edilib. Beləliklə, “copy-paste” jurnalistikasıyla da mübarizə aparılacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər