Bölgə xəbərləri

MEDİA jurnalistlərə çağırış edib

14 oktyabr / 15:47 2 dəq
1650268359 3aa7ca53 100f 4dd8 8364 2fb8b80a8ff9
14 oktyabr / 15:47
Burada sizin reklamınız ola bilər

“Jurnalistlərin işlədikləri və ya əməkdaşlıq etdikləri media subyekti Media Reyestrinə daxil edilməyibsə, jurnalist vəsiqəsi ala bilməyəcək”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva deyib.

“Həmkarlarımızdan xahiş olunur ki, jurnalist vəsiqəsi üçün müraciət etməzdən əvvəl işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestrinə daxil edilmiş olduğunu dəqiqləşdirsinlər”, – deyə S. Şəfiyeva qeyd edib.

 

“Jurnalisitləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq”.

“Qərb Xəbər” bildirir ki, bunu “Report”a açıqlamasında Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:

“Çünki “Media Haqqında” qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər