Dünya

MDB XİNŞ iclası aprelin 14-də Səmərqənddə keçiriləcək

11 aprel / 16:12 1 dəq
Indir 2023 04 11T161139.082
11 aprel / 16:12
Burada sizin reklamınız ola bilər

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası aprelin 14-də Səmərqənddə keçiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər