Marneuli: İki azərbaycanlı namizəd səs verib
Gürcüstanın Marneuli rayonunda icra başçısı vəzifəsinə keçirilən seçkilərdə azərbaycanlı namizədlərin ikisi səs verib.
Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının namizədi Zaur Darğallısəsvermə prosesində iştirak edib.
Ə.İmamquliyev jurnalistlərə Marneulinin gələcəyinə səs verdiyini bildirib:
“Biz Gürcüstanda demokratiyanı Marneulidən qurmağa başlayacağıq”.
O, hakim partiyanı seçicilərə təzyiq göstərməkdə ittiham edib. Namizəd Sadaxlı kəndindəki seçki məntəqələrindən birində hakim partiya üzvünün “Avropalı Gürcüstan” partiyasının tərəfdarına fiziki təzyiq göstərdiyini bildirib.

Z.Darğallı isə öz növbəsində seçkilərdə qələbə qazanacağına əmin olduğunu deyib: “Mən Gürcüstanın azadlığı və sülh şəraitində inkişafına səs verdim”.

Marneuli rayon rəhbəri vəzifəsinə digər azərbaycanlı namizədlər müxalif “Vahid Milli Hərəkat” Partiyasından Aqil Mustafayev və müstəqil namizəd Əli Bədirov isə səsvermə hüququndan hələ istifadə etməyiblər.




