Dünya

Marko Rubio: Taliban liderlərinin başına mükafat qoya bilər

27 yanvar / 09:21 2 dəq
67963aa4e008767963aa4e0088173789866067963aa4e008567963aa4e0086
27 yanvar / 09:21
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Əfqanıstanda məhbus kimi saxlanılan ABŞ vətəndaşlarının sayının elan edildiyindən daha çox olduğunu eşidib.

Qerbxeber.com xəbər verir ki, dövlət katibi bu barədə X sosial media platformasından açıqlama verib.

Marko Rubio, deyib ki, bu halda Əfqan müvəqqəti hökumətinin yüksək rütbəli rəhbərliyinin (Taliban administrasiyası) başına külli miqdarda pul mükafatı qoyulmalıdır:

“Biz eşitmişik ki, Əfqanıstanda ABŞ məhbusları əvvəllər bildiriləndən daha çoxdur”. O, bununla bağlı addımlar atmağa ehtiyac ola biləcəyini vurğulayıb.

“Əgər bu doğrudursa, o zaman biz ali rəhbərlərin başına Usamə bin Laden üçün təyin olunandan daha yüksək mükafat təklif etməli olacağıq” deyə Rubio xəbərdarlıq edib.

Qeyd edək ki, yanvarın 21-də Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin X hesabından verilən açıqlamada bildirilib ki, ABŞ-da həbs edilən Xan Məhəmməd adlı Əfqanıstan vətəndaşı ölkədə saxlanılan ABŞ vətəndaşlarının qarşılığında ölkəyə qayıdıb. Lakin açıqlamada Əfqanıstandan azad edilən ABŞ vətəndaşları ilə bağlı məlumatların təfərrüatı verilməyib. Yalnızca bildirilib ki, Əfqanıstan vətəndaşı Məhəmməd təxminən 20 il əvvəl Nangerhar əyalətində həbs edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər