Mark Rutte: 30 ölkə Ukrayna üçün təhlükəsizlik təminatı hazırlayır
Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup münaqişənin həlli çərçivəsində Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üzərində işləyir.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində bildirib.
“Son aylarda Böyük Britaniyanın Baş naziri Key Starmer və Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi 30 ölkədən ibarət qrup təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir” – deyə, M.Rutte bildirib.
Qeyd edək ki, avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimr Zelenski və Avropa liderləri arasında görüş olub.
Görüşdən sonra ABŞ Prezidenti bildirib ki, o, artıq Vladimir Putin və Zelenski ilə görüşə hazırlaşır.




