Maraqlı

Maqnus Karlsen ilk dəfə Bakıda Dünya Kubokunun qalibi olub

24 avqust / 19:30 1 dəq
04cf4aec ed00 36dd 8153 ee016b24c393
24 avqust / 19:30
Burada sizin reklamınız ola bilər

Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub.

“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, norveçli qrossmeyster karyerasında ilk dəfə bu titula yiyələnib.

Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medalı əldə edib.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya Kubokunda 4-cü yeri tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər