İdman

“Mançester Yunayted” Upamekano ilə maraqlanır

12 avqust / 18:47 1 dəq
8fc731d6 2bf1 3cc0 9a9c 032f28c6217d 850
12 avqust / 18:47
Burada sizin reklamınız ola bilər

İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.

Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır.

Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək.

D.Upamenkonun özü də “Mançester Yunayted”ə transfer olmağa müsbət yanaşır.

Qeyd edək ki, futbolçu 2021-ci ildən “Bavariya”da çıxış edir.

Paylaş
Burada sizin reklamınız ola bilər