Hadisə

Manat bu tarixdə Xankəndidə dövriyyəyə buraxılacaq

17 iyul / 10:26 2 dəq
Indir 2023 07 17T102622.750
17 iyul / 10:26
Burada sizin reklamınız ola bilər

Ermənistan təhlükəsizlik şursının keçmiş katibi David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.

“Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.

“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsi”dir. Proqram 4 mərhələdən ibarətdir.

1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;

3. Qarabağdakı silahlıların tamamilə tərk-silah edilməsi və ləğv olunması;

4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, – o iddiasında bildirib.

Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsi”nin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.

D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.

“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”,

Paylaş
Burada sizin reklamınız ola bilər