Dünya

Makron: Rusiyanın tələbləri kaputulyasiyadır

17 avqust / 21:47 2 dəq
Emanuel makron
17 avqust / 21:47
Burada sizin reklamınız ola bilər

“Bu gün təslimiyyəti sülh adı ilə təklif edən yalnız bir dövlət var – Rusiya”.

Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Könüllüləkoalisiyasının videokonfransında belə deyib.

Onun sözlərinə görə, Kiyevin legitim, demokratik yolla seçilmiş lideri olmadan Ukrayna ilə bağlı ərazi müzakirəsindən söhbət gedə bilməz: “İstənilən ərazi məsələsi təhlükəsizlik təminatları ilə əlaqələndirilməlidir. Bura Ukrayna ordusunun maliyyələşdirilməsi də daxildir”.

Makron bildirib“Ukrayna ordusunun yoxluğuna, Ukrayna ordusunun ixtisarına əsaslanan istənilən saziş, sözsüz ki, əməl edilməyəcək qeyri-səmimi razılaşma olardı… Ona görə də Ukrayna ordusunun formatı bu təhlükəsizlik zəmanətlərinin birinci sütunudur”.

Onun sözlərinə görə, Ukraynaya təminatların ikinci “sütunu” Qərb qoşunlarının Ukraynaya yeridilməsidir.

Fransa rəhbəri deyib ki, müttəfiqlər qüvvələrin Ukrayna tərəfdə mövcudluğüçün bir neçə dövlət cəhbə xəttindən kənar ərazilərdə təlim və logistika sahəsində yardım göstərməyə hazırdır: “Biz bu planı ABŞ-yə təqdim edəcəyik və soruşacağıq ki, onlar bura hansı dərəcədə qoşulmağa hazırdırlar. Çünki ABŞ təhlükəsizlik təminatları masasına oturub və bu təminatlara tərəfdar olduğunu bəyan edib”.

Paylaş
Burada sizin reklamınız ola bilər