Dünya

Makron: “Avropanın ABŞ, Qətər və başqalarından daha çox asılı olması faktdır”

10 aprel / 09:03 1 dəq
8e7ed893 f9d4 34f4 b6b8 e37330739466
10 aprel / 09:03
Burada sizin reklamınız ola bilər

“Avropa son illərdə ABŞ-dan daha çox asılı vəziyyətə düşüb, lakin o, strateji muxtariyyətini gücləndirməlidir, dolların ekstraterritoriallığından asılı olmamalıdır. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”.

“Qərb Xəbər” xəbər verir ki, bunu “Les Echos” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu gün aparılacaq döyüşlər, bir tərəfdən, strateji muxtariyyətimizi sürətləndirmək, digər tərəfdən isə iqtisadiyyatlarımıza maliyyə təmin etmək üçündür. Fürsətdən istifadə edib bir məqamda təkid edirəm: biz dolların ekstraterritoriallığından asılı olmamalıyıq.

Təbii ki, biz enerji baxımından ABŞ-dan asılılığımızı artırdıq, lakin diversifikasiya məntiqində, çünki Rusiya qazından həddən artıq asılı idik. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”-deyə, o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər