Elm və Texnologiya

Magistraturaya qəbul imtahanının II cəhdinə qeydiyyat bu gün başa çatır

14 aprel / 09:51 1 dəq
Indir 2025 04 14t095208.845
14 aprel / 09:51
Burada sizin reklamınız ola bilər

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə Qerbxeber.com DİM-dən məlumat verilib.

Bu gün saat 09:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 15760, rus bölməsi üzrə isə 1244 nəfər olmaqla, ümumlikdə 17004 bakalavr ərizəsini təsdiq edib.

Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər