Kateqoriyasız

Məşğul qadınların çoxu kəndlərdə yaşayır

3 fevral / 13:32 1 dəq
Trend sheki kish mebedi 120819
3 fevral / 13:32
Burada sizin reklamınız ola bilər

Azərbaycanda məşğul qadınların 70 faizi kəndlərdə yaşayır.

Bunu Aqrar Kredit və İnkişaf Agentliyinin Proqramlar və layihələr departamentinin rəhbəri Leyli Ağayeva Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.

Onun sözlərinə görə, bu amil onu göstərir ki, aqrar sektorda məşğul qadınların rolunun artırılması layihəsi Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən qadınların böyük hissəsini əhatə etməyə imkan verəcək: “Azərbaycanda aqrar sektor iqtisadiyyatın prioritet sahələrindən biridir. Bu sahədə ölkə əhalisinin təxminən 40 faizi məşğuldur”.

L.Ağayeva bildirib ki, layihə qadınların kənd təsərrüfat sektorunda rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib və bu istiqamətdə agentlik “Aqrar Tədarük və Təchizat” ASC ilə birgə qadın fermerlərə texniki dəstəyin təqdim olunmasına xidmət edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər