Kateqoriyasız

Məktəblilərin qış tətili başlayır

24 yanvar / 13:12 1 dəq
Tehsil
24 yanvar / 13:12
Burada sizin reklamınız ola bilər

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edirəm.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) təşkil edəcək.

Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Paylaş
Burada sizin reklamınız ola bilər