Dünya

Lukaşenkonun bu ölkəyə girişi qadağan olundu

24 iyul / 13:43 1 dəq
Lukasenko1 900x507
24 iyul / 13:43
Burada sizin reklamınız ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının Estoniyaya girişinə müddətsiz qadağa qoyulub. barədə qərar qəbul edib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ERR dövlət teleradiosu Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Estoniya hökuməti bununla bağlı qərar qəbul edib.

“Sanksiyaların tətbiqindən təxminən beş il sonra Belarusda müsbət dəyişikliklər baş vermədi”, – Estoniya xarici işlər naziri Margus Tsaxkna bildirib.

Lukaşenkodan əlavə, sanksiya siyahısında Belarusun yüksək vəzifəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da var.

Xatırladaq ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.

Paylaş
Burada sizin reklamınız ola bilər