Dünya

Lukaşenkodan Trampa çağırış: Ukraynaya silah verməyin!

28 sentyabr / 23:41 1 dəq
Lukasenko1 900x507
28 sentyabr / 23:41
Burada sizin reklamınız ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampı Amerika silahlarının Avropa ölkələrinə mümkün satışı ilə bağlı spekulyasiya etməməyə çağırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf “Belarus-1” telekanalının məlumatına əsasən xəbər  yayıb.

Lukaşenkoya görə, Aİ ölkələri Amerika silahlarının pulunu ödəyə də bilər, ödəməyə də: “Necə ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden silahları təhvil verirdi, lakin onların pulu ödəmmirdi. Silahlar Ukraynada qaldı. Kimin nə ödədiyini yoxlayacaqsınız?”

Lukaşenko, hesab edir ki, belə bir vəziyyətdə əvvəlcədən, bağlı qapılar arxasında razılığa gəlmək, ondan sonra nəticələrdən danışmaq lazımdır.

Paylaş
Burada sizin reklamınız ola bilər