Dünya

London sammitində Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunmayıb

3 mart / 10:17 1 dəq
67c4b6eef414067c4b6eef4141174094513467c4b6eef413e67c4b6eef413f
3 mart / 10:17
Burada sizin reklamınız ola bilər

Londonda keçirilən sammitdə Aİ və NATO ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik təminatları, o cümlədən qoşunların göndərilməsi imkanları məsələsini müzakirə etməyiblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Tuskun sözlərinə görə, toplantının iştirakçıları arasında Türkiyə və Kanada kimi ittifaqa daxil olmayan ölkələr olduğu üçün sammitin formatı xüsusilə Aİ səviyyəsində konkret qərarların qəbulunu nəzərdə tutmayıb.

Baş nazir əlavə edib ki, Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində ön sıralarda durmaq niyyətində deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər