Hadisə

Lerikdə heyvanlar arasında xəstəlik yayılıb

27 avqust / 12:08 1 dəq
73777280 2c38 4f89 825a 5902148006e8
27 avqust / 12:08
Burada sizin reklamınız ola bilər

Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.

Həmin kəndin sakini Pərviz Titayev bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var.

Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar vasitəsilə yayıldığını deyib. Sakinlərlə profilaktik tədbirlərin aparıldığını söyləyib. O qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər