Lavrovla Rubio arasında görüş planlaşdırılır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında geniş gündəliyə malik görüş planlaşdırılır.
Qerbxeber.com-un xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində müvafiq suala cavab verərkən deyib.
“Bu, planlaşdırılır və uzun bir gündəm var. Görüşün özü vacibdir”, – o söyləyib.




