Bölgə xəbərləri

Lavrov: “Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır”

28 fevral / 14:30 1 dəq
Lavrovv
28 fevral / 14:30
Burada sizin reklamınız ola bilər

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”.

“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir”.

“Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik”, – Lavrov mətbuat konfransında deyib

Paylaş
Burada sizin reklamınız ola bilər