Dünya

Lavrov Araqçı ilə Brazilyada görüşüb,İrana hücumu beynəlxalq hüquqa zidd adlandırdı

7 iyul / 10:23 1 dəq
Lavrov araqçı
7 iyul / 10:23
Burada sizin reklamınız ola bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən BRICS sammiti çərçivəsində iranlı həmkarı Abbas Araqçi ilə görüş zamanı İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilmiş zərbələri qəti şəkildə pisləyib.

Qerbxeber.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfi İsrail və ABŞ tərəfindən İrana qarşı təxribat xarakterli və beynəlxalq hüququn normalarına zidd zərbələri pislədiyini bir daha təsdiqləyib”, – XİN-in məlumatında deyilir.

Həmçinin vurğulanıb ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın yalnız siyasi-diplomatik yollarla həll olunması vacibdir.

Moskvanın bu istiqamətdə qarşılıqlı məqbul həll yollarının tapılmasına dəstək verməyə hazır olduğu qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər