“ABŞ-ın hazırkı administrasiyası Rusiya ilə heç bir siyasi dialoqda maraqlı deyil”.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Rusiyanın danışıqların əleyhinə olması barədə iddialar doğru deyil. “Əslində bunu (ABŞ Dövlət Katibi) Antoni Blinken bir neçə gün əvvəl Davosda demişdi. Bu belə deyil. Rusiya həmişə vurğulayıb ki, hər hansı ciddi təklif olsa, yerdəki vəziyyətin, Rusiyanın dövlət maraqları və Ukraynadakı insanların maraqlarını təmin edəcək həll yoluna gəlməyə, müzakirəyə hazırdır”, – deyə nazir vurğulayıb.