Bölgə xəbərləri

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq – evləri yandırırlar

15 avqust / 10:08 1 dəq
2f5bbeb5 6a8f 338a a02a 880e7f0338a3
15 avqust / 10:08
Burada sizin reklamınız ola bilər

Sosial şəbəkələrdə, o cümlədən feysbuk və teleqram kanallarda ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videogörüntülər yayılıb.

“Qərb Xəbər” xəbər verir ki, kadrlarda Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.

Onlardan biri barbar əməlinə kəndin Azərbaycana geri qayıtması ilə haqq qazandırıb, evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.

Paylaş
Burada sizin reklamınız ola bilər