Ağstafa

Ağstafa sakini Laçında minaya düşüb

30 aprel / 11:47 1 dəq
14b5b176 0745 39b9 b7c7 5cc48bebb6e4
30 aprel / 11:47
Burada sizin reklamınız ola bilər

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

“Report” xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər