Siyasət

Laçında itkin düşən əsgərlərin axtarışı davam edir

9 mart / 10:03 1 dəq
B16cd9a0 c90b 36c2 ae5d d6e02f9ea806
9 mart / 10:03
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

“Report”un məlumata görə, Azərbaycan hərbi qulluqçularının tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər