Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 82 gündür davam edir

3 mart / 10:20 1 dəq
64018d203693464018d20369351677823264d6c03724e9fc1cfebaacd8280a8ca92f
3 mart / 10:20
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda 82 gündür aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən  xəbər verir ki, aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar. İctimai fəallar bu gün də humanitar məqsədlə əraziyə yaxınlaşan avtomobillərin maneəsiz keçidinə şərait yaradır.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər