Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 65 gündür davam edir

14 fevral / 08:56 1 dəq
63eb0c9422a7163eb0c9422a72167634856463eb0c9422a6d63eb0c9422a6f
14 fevral / 08:56
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 65-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın tempraturu -10 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər