Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 60 gündür davam edir

9 fevral / 08:28 1 dəq
63e471a5a4bd663e471a5a4bd7167591568563e471a5a4bd463e471a5a4bd5
9 fevral / 08:28
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA- nın Şuşa şəhərinə  ezam olunan müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu davam edib.

 Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 60-cı günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -4 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər