Dünya

Kosovoda toqquşmalarda NATO-nun 20-dən çox hərbçisi yaralanıb

30 may / 09:00 1 dəq
9fbed405 45cf 3244 994d 6d649b75ee47
30 may / 09:00
Burada sizin reklamınız ola bilər

Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun beynəlxalq missiyasının 20-dən çox əməkdaşı yaralanıb.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə missiyanın yaydığı məlumatda deyilir.

“Zveçan bələdiyyəsində keçirilən etiraz nümayişçilərinin qarşısının alınması zamanı çoxmillətli kontingentin 25-ə yaxın hərbçisi yaralanıb”, – məlumatda qeyd edilir.

Bildirilir ki, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Onlara tibbi yardım göstərilib, hazırda həkim nəzarətindədirlər.

Missiya komandiri Ancelo Mişel Ristuçça vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və missiya mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər