Kateqoriyasız

Koronavirusun yeni əlaməti xəstələrin ayaqlarında aşkarlanıb

16 aprel / 10:13 1 dəq
Db1f39a0 4b17 4922 a92b 34f179ec57fc
16 aprel / 10:13
Burada sizin reklamınız ola bilər

Ayaqlarda iri qırmızı ləkələr koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.

“Report” “Metro” nəşrinə istinadən xəbər verir ki, belə bir nəticəyə Avropada pandemiyanın daha geniş yayıldığı İspaniya və İtaliya həkimləri gəlib.

Belə ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən hər beşinci italiyalının dərisində problemlər mövcuddur. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur.

İspaniya Pediatr Assosiasiyası bildirib ki, səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir. 

Bir qayda olaraq, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.

Paylaş
Burada sizin reklamınız ola bilər