İdman

Konfrans Liqası: “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

22 avqust / 09:37 1 dəq
6d65f09d 427d 3568 94f7 cff14e5d6ada
22 avqust / 09:37
Burada sizin reklamınız ola bilər

“Zirə” bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Qerbxeber.com məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk matçında Kiprdə “Omoniya”nın qonağı olacaq.

GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyun

22 avqust

21:00. “Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya).

Larnaka, GSP stadionu.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər