Xəbər

Konfrans Liqası: “Sabah”, “Neftçi” və “Qəbələ”nin rəqibləri bəlli olub

21 iyun / 15:48 1 dəq
7c8739d3 0c67 30d8 b840 1c6f11378de7
21 iyun / 15:48
Burada sizin reklamınız ola bilər

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

“Qərb Xəbər”in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Qəbələ” “Omoniya” (Kipr), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər